Dünya liderləri Baqddadakı BMT-nin qərargahına edilən bombalı hücumu kəskin bir şəkildə məhkum ediblər. Liderlər hücum nəticəsində BMT-nin elçisi de Mellonun həlak olması münasinbətilə BMT-yə baş sağlığı göndəriblər.Prezident Buş da, BMT-nin Baqdaddakı qərahgahına edilən hücumu məhkum edərək, əməliyyatın nəticəsində təşkilatın elçisi Serjio Vieyra de Mellonun həlak olmasından ötrü kədərləndiyini bildirib.
Müxbirimiz Paula VVolfsonun və kürd redaksiyanın Səfir Peter Qolbrstlə keçirdiyi müsahibəsində məlumatı təqdim edirikz.
Prezident Buş Baqddadda terrorçululğun qurbanı olan de Mellonun həlakı münasibətilə BMT-yə, Brazilya xalqına və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib. Prezident Buş de Mellonun Baqdaddakı fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, o həyatını insan hüquqlarının müdafiəsinə həsr etmişdi. 55- yaşlı brazilyalı Serjio Vieyra de Mello İraqın yenidənqurma işlərinə yardım etmək üçün may ayında Baqdada getmişdi . Prezident Buş Brazilya xalqına göndərdiyi baş sağlığında qeyd etmişdi ki, Brazilya özünün ən tanınmış ictimai xadimini itirmişdi. De Mellola birlikdə Şirqi Timor və Kosovoda işləyən Birləşmiş Ştatların səfiri Peter Qalbrs də deyib ki, de Mello BMT-nin uldsuzlarından biri idi. Hamı gələcəkdə onun BMT-nin Baş Katibi seçiləcəyinə inanırdı. O, fevqəladə bir diplomat idi. Adamları qane etmək qüdrətinə malik idi. Onun İraqda az xidmət göstərməsinə baxmayaraq, həm insan hüquqlarının müdafiəsi işində , həm də Milli İcraediçi Şuranıın təşkilində mühüm fəaliyyəti olub. Bu hücum, təkcə BMT- üçün yox, həm də Birləşmiş Ştatlar üçün böyük bir zərbədir. Vieyra de Mello Sorbon və Paris universitetlərində dissertasiyalar müdafiə etmiş iki dəfə elmlər doktoru alinmlik diplomu almışdı. Onun iki öğlu var.