Accessibility links

Ağ Ev Qüdsdə baş verən terrorist hücumunu pisləyir - 2003-08-20


Ağ Ev Qüdsdə baş verən axırıncı bomba partlayışını qətiyyətlə pisləyib. Ağ Evin nümayəndəsi Şon Mak Kormak bu terror hücumunu qınayaraq, onu “dəhşətli akt” adlandırıb. O bildirirb ki, Amerika xalqı bomba partlayışı nəticəsində ölənlərin və yaralananların ailələri ilə birlikdə dua edir. Bu terror hücumu 7 həftə davam edən nisbi sakitlikdən sonra, iyun ayının sonunda bir neçə terrorçu qrup tərəfindən e’lan edilən birtərəfli atəşkəsdən sonra baş verdi. Texasdakı rançosunda müxbirlər tərəfindən atəşkəs haqda verilən suallara cavab verən prezident Buş deyib ki, yalnız atəşkəs regiona sülh gətirə bilməz. Əsas məsələ günahsız xalqi qətlə yetirən silahlı qrupları tərksilah etməkdir. O deyib ki, məsələnin yekun həlli Yaxın Şərqdə onsuz da ağır olan vəziyyəti qətllər yolu ilə həll etmək istəyənləri tapmaqdır və mənə belə gəlir ki, bunu tezliklə etmək olar. Prezident Buş onu da əlavə edib ki, Fələstin hökuməti bu vacib məsələnin həllində Birləşmiş Ştatların köməyinə arxayın ola bilər və əlavə edib ki, Fələstin hökuməti terroristlərin zərərsizləşdirilməsi məsələsində Birləşmiş Ştatlar və bu məsələdə maraqı olan digər dövlətlərlə əməkdaşlığıni davam etdirməli və onlardan yardım almalıdır. İslami Cihadın bir qanadı bu hücumun mə’sulliyyətini öz üzərinə götürüb. Həmas qrupunun bə’zi üzvlərinin bu hücumda əlləri olduğunu deməklərinə baxmayaraq, bu qrupun liderləri Həmasın bu hücumda əli olmadığını deyirlər.

XS
SM
MD
LG