Accessibility links

Paul Goble: Azərbaycanın taleyini Azərbaycan  xalqı  müəyyən etməlidir - 2003-08-10


Amerikanın Səsi Radiosunun Direktorunun Məsləhətçisi MDB ölkələri üzrə mütəxəssis Paul Gobleın Azərbaycanda yaranmış vəziyyət üzrə redaksiyamıza verdiyi müsahibənin qalan hissəsini təqdim edirik. Qeyd edək ki, Cənab Goble radionun adından yox, bir mütəxəssis kimi öz adından danışır. O müsahibəsinin qalan hissəsində dedi ki, mən Əliyevin sağalmasını arzu edirəm ancaq nəsə baş verdikdə bunun Azəbaycanda daha çox demokratiya və açıq içtimaiyyətə gətirib çıxartmasını arzu edərdim. Tərəflərin zorakılıqdan, Azərbaycana xarici bir müdaxiləyə bəhanə verəcək hərəkətlərdən imtina etmələri mühmdür : “Prezident kim olursa olsun mən ümid edirəm ki, o həmin demokratik vasitələrə əhəmmiyyət versin ünsiyyət yaratmağa, siyasi xətləri keçib ayrı fikirdəkilərlə dil tapmağa çalışsın, Azərbaycanın və Azərbaycan xalqının sadəcə gücdən istifadə ilə idarə oluna biləcəyini fikirləşməsin.”

Paul Goble bunu da qeyd edir ki, Azərbaycanda müxalifət qüvvələri arasında prezident seçkilərində vahid namizedlə iştirak fikrini müdafiyə edənlər var və əgər Azərbaycan müxalifəti öz arasında birləşərək buna nail ola bilərsə bu müxalifətin seçkilərdəki şansını xeyli nisbətdə artıracaq. O ikinci olaraq seçki və səsvermə prosesinə keçmişdə olduğundan daha yaxşı nəzarət edilməsinin üzərində dayanır ki, seçkilər mümkün nisbətdə ədalətli keçsin: “Seçkilər transparan, ədalətli və dürüst keçirildiyi təqdirdə hamının nəticəni qəbul etməsi həddən artıq dərəcədə əhəmmiyyətlidir. Ən dəhşətli senariya, xalqın əksəriyyətinin seçkilərin əhalinin həqiqi arzusunu əks etdirmədiyi nəticəsinə gəlməsidir.”

Cənab Goble qeyd edir ki, Keçən on beş ildən uzun müddət ərzində Azərbaycan çoxlu problemlərlə üzləşib və bu dəfə hakimiyyətin əl dəyişdirməsi hamı üçün yeni öhdəlik deməkdir. Yaranmış vəziyyət Azərbaycanda siyasi spektrumun hər hissəsinin, Azərbaycanın bundan sonrada indiyə qədər idarə olunduğu kimi idarə edilə biləcəyini fikirləşənlərin, hakimiyyətdə iştirak etməmiş olanların, Azərbaycan xalqının, təcrid olunduğunu hissedən hissəsinin və çox yaxşı işlədiklərini fikirləşənlərin qarşısında yeni vəzifələr qoyur. Belə bir vəziyyətdə isə əgər hamı qayda qanunlara riayət etsə və seçkilər transparan bir çəkildə keçirilsə Azərbaycan inkişaf yolunda əmin aman bir ölkəyə çevrilə bilər.

Cənab Goble xarici güvvələrin Azərbaycanda yaranmış həssas vəziyyətdən istifadə edərək hansısa bir təşəbbüs göstərə biləcəyi barədə sualımıza cavabında dedi ki, mən hansısa bir ölkənin ki, burada söhbət Rusiya, Türkiyə və İrandan gedir, hətda Azərbaycanda ixtişaşlar baş versə də bu ölkəyə qoşun göndərəcəklərinə inanmıram, bununla yanaşı xarici güvvələr vəziyyətin gedişindən asılı olaraq, ölkədə sabitlik və ya sabitliyi pozmaq naminə müxtəlif qrupları maliyyələşdirə bilər onları pulla təmin edə bilərlər.

Paul Goble söyləyir ki, Azərbaycan, Bakı Rusiyanın Cənubi Qafqazlardakı əməlləri üçün əhəmmiyyət kəsb edir, İrandakı Azərbaycalı əhalinin sayına görə İranın taleyinin müəyyənləşməsində Azərbaycanın mühüm rolu ola bilər, Türkiyənin isə Azərbaycanla olduqca xüsusi bir əlaqəsi var. O bunu da qeyd edir ki, Azərbaycanda toqquşmaların, küçələrdə döyüşlərin baş verməsi xaricdən müdaxilə ehtimalını artıra bilər, ancaq Azərbaycanın taleyini hansısa xarici güvvə yox, Azərbaycan xalqı müəyyən etməlidir.

XS
SM
MD
LG