Çin, Yaponiya və Cənubi Koreyanın rəsmi şəxsləri Şimali Koreyanın nüvə proqramı barədə çoxtərəfli danışıqların keçirilməsi ərəfəsində görüşlər təşkil edirlər. Yaponiyanın kabinet naziri Yasuo Fukuda bu gün Pekində Çin prezidenti Hu və parlamentin sədri Yu ilə görüşüb. Diplomatlar deyirlər ki, onların danışıqları Şimali Koreyanın nüvə proqramı məsələsilə əlaqədar 6 ölkənin iştirak edəcəyi görüşün üzərində cəmləşib. Çin Xarici İşlər Nazirinin müavini Şimali Koreyaya etdiyi səfərindən bu gün Pekinə qayıdıb. Pekin danışıqlarının məqsədi Birləşmiş Ştatlar, Yaponiya, Rusiya, Çin, Cənubi və Şimalı Koreyanı bir araya gətirməkdir.