Accessibility links

İraqda ara-sıra döyüşlər davam edir - 2003-08-08


100 gün əvvəl Prezident Buş İraqda əsas döyüşlərin bitdiyini e’lan etmişdi. Lakin buna baxmayaraq İraqda ara-sıra döyüşlər davam edir. Birləşmiş Ştatların əsgərləri Tikrit şəhərinin bazarında reyd keçirmiş və silah satmaqda şübhələnilən iki nəfəri qətlə yetirmişlər. Əməliyyatın komandiri amerikalı zabit leytenant polkovnik Steve Russell müxbirlərə demişdir ki, hər həftənin cümə günləri Tikrit bazarında silah və hərbi ləvazimatın satıldığı barədə komandanlıq mə’lumat əldə etdikdən sonra onun əsgərləri bazarı əhatə ediblər. Amerikalı əsgərlərlə iraqlılar arasında atışma baş berib. Leytenant polkovnik Russell müxbirlərə deyib ki, atışmadan sonra, əsgərlər iraqlıların maşınında partlayıçı maddə və kalaşnikov avtomatları tapıblar. Birləşmiş Ştatların komandanlığı bildirir ki, Bağdadda bir əsgər keşik çəkənkən öldürülmüşdür. Birləşmiş Ştatların müdafiə nazirliyininin rəsmiləri isə deyirlər ki, İordaniyanın Bağdaddakı səfirliyinin bombardman edilməsində Əl-Qaidə terror şəbəkəsinin əli ola bilər. Hücum zamanı 17 adam həlak olmuşdu. Təhqiqatçılar diqqətlərini Ənsarül İslam qrupunun üzərinə cəmləşdirdiklərini və onun İraqda fəaliyyət göstərdiyinə inandıqlarını bildirirlər.

XS
SM
MD
LG