Yeddi ay davam edən sakitlikdən sonra Hezbullah qrupu İsrailin Qolan Təpəliklərinin qərb hissəsində yerləşən Şeba Fermalarını bombaladıqdan sonra İsrail tərəf də ona cavab olaraq artileriya və qırıcı təyyarələrdən istifadə edərək Hizbullahın Livanda olan bazalarını bombardman etmişdir. Bu hücum Hezbullah təşkilatının nümayəndəsi Əli Hüsein Salehin Beyrut şəhərində maşına qoyulan güclü bomba partlayışı nəticəsində qətlə yetirilməsindən bir həftə sonraya təsadüf edir. Hezbullah qrupu bu hadisə ilə əlaqədar İsraili günahlandırmış, hücumu sui-qəsd adlandırmış və onun qısasını alacağına and içmişdir. Suriya tərəfindən himayə edilən Livan Şeba Fermaları adlanan sahələrin ona aid olduğunu deyir və Hezbullah da o yerləri azad edəcəyinə and içib. Birləşmiş Millətlər Təşkilatı sülhü bərpa etmək məqsədi ilə İsraillə danışıqlar aparılaraq bu sahələrin qeri qaytarılmalı olduğunu deyir.