Accessibility links

İranda nümayişçi tələbələrdən bir hissəsi azadlığa buraxılıb - 2003-08-07


İranın rəsmi xəbərlər agentliyi demokratiya tərəfdarı nümayişlər vaxtında həbs edilən tələbə liderlərindən 9-nun azad edildiyini bildirib. İRNA qeyd edib ki, tələbə liderlərdən üçünü dünən və 6-sını da bu gün həbsdən azad ediblər. Həmin tələbə liderlərinin Həmadan Üniversitetinin tələbələri olduğu bildirilmişdir. Onların azadlığa buraxılmaları Ali dini rəhbər Ayətullah Əli Xameneinin sərt-xətt tərəfdarı ədliyyə orqanını mülayimlik göstərməyə çağırmasından iki gün sonraya təsadüf edir. İyun və İyul aylarında İranın bütün bölgələrində demokratiya tərəfdarı nümayişlər baş vermişdi.

XS
SM
MD
LG