Accessibility links

Cakarta şəhərində partlayış baş verib - 2003-08-06


Cakarta şəhərində mehmanxanada bomba partlayışı nəticəsində 10 nəfərin ölmüş, yüzdən artıq adam yaralanmışdır. İndoneziya hökuməti bununla əlagədar terrorizmə qarşı mübarizəni gücləndirməyi söz verib. Polisin bu hadisəni kim tərəfindən törədildiyi haqda mə’lumatı olmadığı bildirilir. Lakin ƏL Qaidə terror şəbəkəsi ilə əlaqəsi olan yerli Cəmiyyəti İslamiyyə təşkilatından şübhələnilir. İndoneziyanın Təhlükəsizlik naziri bildirir ki, İndoneziya xalqı terrorizmlə mübarizəni gücləndirməlidir. O, bu gün bəyan edib ki, hökumət dövlət idarələrində və xalqın çox toplaşdığı yerlərdə təhlükəsizliyi artıracaq. O, həmçinin deyib ki, dövlət terror şəbəkələrini zərərsizləşdirmək üçün ölkənin giriş məntəqələrində kəşfiyyat idarələrinin işini və təhlükəsizlik tədbirlərini gücləndirəck. Çərşənbə axşami baş vermiş bomba partlayışı Cakartanın mərkəzində yerləşən çoxmərtəbəli Meriot mehmanxanasının aşağı mərtəbəsini dağıtmışdır. Mehmanxananın pəncərələri sınmış, yanğın zamanı ətrafa ziyan dəymişdir. Bu İndoneziyada Oktyabr ayında Bali adasında baş verən və 202 adamın ölümü ilə nəticələnən terror hücumudan sonra həyata keçirilən ən böyük terror hücumudur. Polisin bildirdiyinə görə Bali hücumu ƏL Qaidə terrorist şəbəkəsi ilə əlaqəsi olan yerli Cəmiyyəti İslamiyyə terrorist qrupunun işi idi. Rəsmilər deyirlər ki, Bali hücumu ilə mehmanxana hücumu arasında oxşarlıqlar olsa da Cəmiyyəti İslamiyyə təşkilatı bu hücuma görə hələlik günahlandırmayıb. Indoneziya Milli Polis idarəsinin rəisi Dai Bəxtiyar deyib ki, İndoneziya polisinə hadisə barədə istintaq aparmaqda kömək edən Avstraliya Federal Polisi istintaq zamanı Meriot mehmanxanasındakı partlayışın da Bali hücumu ilə eyni olduğunu deyib. Balidə olduğu kimi terrorçular bomba qoyduqları maşının mühərrikindəki seriya nömrəsini silmişlər. Digər polis rəsmisi isə deyir ki, Cəmiyyəti İslamiyyə təşkilatının şübhələnilən üzvlərindən birinin evindən hücum ediləcək bir neçə yerın siyahısı tapılıb. Bu partlayış Bali hücumunun təşkilatçısı Amorzi bin Nurhisamın haqında məhkəmənin qərarının çıxarılmasından 2 gün əvvəl baş verıb. Amorzi bin Nurhisamin Bali hücumunu həyata keçirənlərdən biridir və onu ölüm cəzası gözləyir.

XS
SM
MD
LG