Accessibility links

İran nümayişçi tələbəri çox incitmək istəmir - 2003-08-05


İranın ali ruhani rəhbəri Ayətullah Əli Xəmeney ölkənin ədliyyə orqanlarına xəbərdarlıq edib ki, bu yaxınlardakı demokratiya tərəfdarı nümayişlərdə iştirak edən tələbələrə qarşı mötədil hərəkət etsinlər. İranın rəsmi Xəbər Agentliyi İRNA bildirib ki, Ayətullah Xameneyninin üniversitetlərdəki nümayəndələri ona müraciət ediblər ki, həbsdəki tələbələri əfv etsin. İranın rəsmiləri İyul ayında baş verən tələbə nümayişləri vaxdı təqribən dörd min adamın həbs edildiyini bildiriblər. İran hökuməti onların yarısından çoxunun qısa müddət ərzində azadlığa buraxıldığını qeyd edib.

XS
SM
MD
LG