Accessibility links

Çeçenistan prezidenti Kadirov seçkilərdə iştirak edəcəyini deyib - 2003-08-03


Moskvanın Çeçenistana tə’yin etdiyi hökumətin başçısı Əhməd Kadirov prezident seçkilərində bir namizəd kimi iştirak edəcəyini təsdiq edib. O, bu gün Çeçen dini liderlərinin toplantısında presidentliyə rəsmən namizədliyini irəli sürüb. Keçən ay cənab Kadirov oktyabrın 15-də keçiriləcək prezident seçkilərində hər hansı bir siyasi partiyadan bir namizəd kimi iştirak etməyəcəyini bildirmişdi. Cənab Kadirov namizədliyini irəli sürərkən Çeçenistanı müharibədən və əzabdan azad edəcəyinə söz verərək Çeçenstan böhranının səbəblərini aradan qaldıracağına and içib.

XS
SM
MD
LG