Rusiyanın Şimalı Osetiya repspublikasının Mozdok şəhərində bir hərbi xəstəxanaya maşınla bomba hücumu edilib. İnterfaks agentliyinin verdiyi xəbərə görə, partlayış nəticəsində azı 20 nəfər həlak olub. Xəbərlərdə hücum zamanı xəstəxanada təqribən 100 hərbiçinin olduğu bildirilir. Regionda Rusiya hədəflərinə qarşı həyata keçirilən terrorçu hücumlara görə seperatist Çeçen yaraqlıları ittiham edilir. Çeçen yaraqlılarına qarşı hərbi əməliyyatlar həyata keçirən Rusiya hərbi qüvvələrinin baş qərərqahı Mozdokda yerləşir.