Prezident Buş 2005-ci ildə Fələstin dövlətinin yaradılmasının hələ də real məsələ olduğunu deyib. Bu gün Ağ Evdə müxbirlərlə görüşən prezident Buş İsrail-Fələstin münaqişəsinin həlli sahəsindəki vasitəçiliyin nailiyyətli olduğunu vurğulayıb. Prezident bu həftə Vaşinqtonda olan İsrail və Fələstinin baş nazirlərinə e’timad etdiyini deyib.Fələstin və İsrailin təhlükəszlik xidmətinin başçıları isə bü gün görüşüb, İsrail qüvvələrinin iki Fələstin şəhəri-Qalqilya və Yerixodan çıxarılması məsələsini müzakirə edirlər.