Accessibility links

Çin Şimali Koreya böhranının həllində fəal rol oynayır - 2003-07-19


Çinin xarici işlər nazirinin müavini Dai Binguo dünən Vaşinqtonda Buş administrasiyasının rəsmi nümayəndələri ilə görüşüb, Şimali Koreyanın nüvə proqramı ilə bağlı müzakirələr aparmışdır. Tərəflər məsələnin diplomatik yolla həlli haqda razılıq əldə etsələr də, Pxenyanla gələcək danışıqlar barədə mə’lumat verməmişlər. 4 günlük Şimali Koreya səfərini yenicə başa vuran Çin nümayəndəsi vitse-prezident Dik Çeyni və Milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondolisa Raysla görüşmüşdür. O, ABŞ-ın dövlət katibi Kolin Pouellə də 2 saat yarımlıq danışıq aparmışdır. Görüşlərdən sonra müxbirlərlə danışan cənab Dai danışıqları səmərəli adlandırmış və demişdir ki, Çin Və Amerika Şimali Koreyanın nüvə silahları proqramı ilə bağlı problemin dioloq yolu ilə hallində birgə çalışacaqlar.

XS
SM
MD
LG