Accessibility links

D.Kellinin ölümündə heç kimin əli yoxdur - 2003-07-19


Britaniya polisi müdafiə nazirliyinin silahlar üzrə eksperti Deyvid Kellinin özünü öldürdüyü ilə bağlı xəbəri təsdiq edib. Polisin bildirdiyinə görə venasını kəsən cənab Kellinin ölümündə heç kimin əli yoxdur. Qeyd edək ki, Britaniyanın baş naziri Toni Bleyer hadisəni dəhşətli faciə adlandııb və bunun mətbuat və siyasətçilərin şaiyələrinə son qoyduğunu deyib. Baş nazir bu ölümün ona vicdan əzabı verdiyi ilə bağlı sualı cavabsız qoyub. Xatırladaq ki, cənab Kelli İraq müharibəsinə haqq qazandırılması üçün kəşfiyyat mə’lumatlarının şişirdildiyi ilə bağlı BBC-yə xəbər mənbəyi olduğunu inkar edirdi.

XS
SM
MD
LG