Accessibility links

Qırğızıstan özbək səfirinə nota verib - 2003-07-18


Qırğızıstanın xarici işlər naziriliyinin Özbəkistanın Bişkekdəki səfiri Alişer Salahitdinova təqdim etdiyi bəyanatda özbək sərhəd keşikçisi tərəfindən qırğız vətəndaşının öldürülməsi kəskin şəkildə qınanılmış və hadisə Özbəkistan silahlı qüvvələrinin təcavüzkarlığı və qeyri-dost hərəkəti kimi qiymətləndirilmişdir. Qırğız nümayəndələrinin bildirdiyinə görə Oş regionunda çayı keçməyə cəhd edən həmin şəxslə sərhəd keçirkçiləri arasındakı mübahisədən sonra atışma olmuşdur. İslam ekstremistləri və narkotik maddə qaçaqmalçılığına mane olunması üçün sərhədlərin qorunmasının vacibliyini qeyd edən Özbəkistan hadisəni təsdiq etməmişdir.

XS
SM
MD
LG