Accessibility links

Toni Bleyer qısa müddətli səfərlə Vaşinqtondadır - 2003-07-17


Bir neçə saat sürəcək səfər zamanı cənab Bleyer prezident Buşla görüşəcək və Birləşmiş Ştatlar Konqresinin birgə yığıncağında çıxış edəcək. Ağ Evin bildirdiyinə görə, danışıqlar zamanı bir sıra məsələlər müzakirə olunacaq.

Mətbuat katibi Skot Makkelan bildirdi ki, baş nazir Bleyer və prezident Buş İraq, Yaxın Şərq, terrorizmə qarşı mübarizə və diglr məsələləri müzakirə edəcəklər. Görüş hər iki liderin İraqa qarşı hərbi əməliyyatlara ehtiyac olduğunu sün’i şəkildə artıraraq kəşfiyyat mə’lumatlarını şişirtməklə bağlı mübahisələrin mərkəzində olduğu vaxta təsadüf edir. Toni Bleyer Britaniya parlamenti qarşışında öz mövqeyini müdafiə etmişdi. Lakin müxalifət nümayəndələri cənab baş naziri onların və Britaniya xalqının fikrini azdırmaqda ittiham edir. Birləşmiş Ştatlar Konqresində demokratlar eyni sözləri Buş administrasiyasının ünvanına söyəyirlər. Bə’zi qanunvericilər müharibə başlamazdan ictimaiyyətə İraqla bağlı açıqlanan bütün dəlilərin təhlilinə çağırırlar. Ağ Ev hesab edir ki, bu mübahisələr Toni Bleyerin Vaşinqtona səfərinə mənfi tə’sir göstərməyəcək. Mətbuat katibi Makkellanın qeyd etdiyinə görə, prezident Buş və baş nazir Bleyer ABŞ və Britaniyanın qarşılaşdığı təhlükələrin qarşısını almaq məsələlərini müzakirələrin diqqət mərkəzində saxlmağa çalışacaqlar. Belə ki, mətbuat katibi əlavə edib ki, iki lider qarşısında duran ən ümdə vəzifə öz xalqarını müdafiə edə bilməkdir.

XS
SM
MD
LG