Accessibility links

İraqın müvəqqəti şurasının yaxınlığında partlayış baş verib - 2003-07-14


Bağdadda Birləşmiş Ştatların Mərkəzi komandanlığı və İraqın müvəqqəti şurasının yerləşdiyi binaların yaxınlığında partlayış baş verib. Qərb xəbər agentliklərinin verdiyi mə’lumata görə, partlayış jurnalistlərin maşınlarını saxladığı dayanacaqda maşınlardan birinə qumbara atılması nəticəsində baş verib. Dağılmış avtobilin Tunisin səfirliyinə aid olduğu deyilir. Şahidlər maşında heç kimin olmadığını bildiriblər. Yaralananlar haqda da mə’lumat verilməyib. Bundan əvvəl Bağdadın mərkəzində qubaratandan atəşin açılması nəticəsində bir Amerika əsgərinin həlak olduğu, altı əsgərin yaralandığı xəbər verilir.

XS
SM
MD
LG