Accessibility links

Kəracidə partlayış olub - 2003-07-11


Pakistanın bir neçə şəhərində şiələr keçən həftə şiə məscidinə edilən və 50-dən çox adamın həlak olmasıyla nəticələnən hücuma etiraz olaraq nümayişlər keçirmişlər. İslamabad, Lahor. Multan, Pəşəvar və Kuettada təşkil edilən nümayişlərdə hücum məhkum edilib. Pakistan hökuməti isə lazımı təhlükəsizlik ölşüləri götürmədiyinə görə təngidlərə məruz qalıb. Kəraçidə isə bu gün səhər bir bomba partlayışı nəticəsində azı iki adam həlak olub. Partlayış ölkənin cənub-şərqində yerləşən Kuetta şəhərində şiələrin məscidinə edilən hücumdan bir həftə sonraya təsadüf edir. Həmin hücumu ölkədə əksəriyyət təşkil edən sünnü ifrat qrupların həyata keçirdiyi irəli sürülür. Polisin bildirdiyinə görə partlayış çoxmərtəbəli bir binanın qapısında baş verib. Nəticədə bir təhlükəsizlik işçisi və yoldan keçən bir adam həlak olub. Partlayışın vaxtından əvvəl baş verməsi səbəbilə insan tələfatı az olub. Partlayışın baş verdiyi bina isə Kəraçi airaportuna gedən yol üzərində yerləşir. Rəsmi şəxslər üç kilogramlıq bomba partlayışının məsuliyyətini üzərinə götürən olmadığını bildirilər.

XS
SM
MD
LG