Minlərlə ukraynalı Kiyevin parlament binası qarşısında ərzaq qiymətlərinin artmasına e’tiraz olaraq nümayiş keçiriblər. 4 minə yaxın nümayişçi iqtisadiyyat naziri Valeri Xoroşkovskinin istefasını tələb edib. Nümayişçilər soyuq qışa görə məhsul tədarükü azlığına baxmayaraq, hökumətin taxıl ehtiyatından düzgün istifadə etmədiyini bildirirlər.