İnsan hüquqları təşkilatı-Amnisti İnternəşinal Əfqanıstanda terrorçuluqda şübhələnilərək ələ keçirilənlərin hərbi məhakimə planına görə Amerikanı tənqid edir. Təşkilat bildirir ki, yarı-gizli məhkəmə ədalətin təhrif edilməsi deməkdir. Birləşmiş Ştatlar tərəfindən Amerikanın Kubadakı hərbi bazasında 18 aydır ki, 700-ə yaxın şübhəli saxlanılır. Heç biri amerika vətəndaşı olmayan bu şəxslərə qarşı hələ rəsmi ittiham irəli sürülməyib.