Accessibility links

Kuettada əsgərlər keşik çəkir - 2003-07-04


Pakistanın cənub-qərbi Kuetta şəhərində şiə müsəlmanların məscidinə edilən hücumdan sonra hərbi qüvvələr keçik çəkir. 5 nəfər naməlum şəxsin hücumu 30 adamın ölümü, 50-nin isə yaralanmasına səbəb olmuşdu. Polisin bildirdiyinə görə hücumçular cümə namazı zamanı məscidə daxil olub, partlayıcı qurğunu atıb qaçmağa nail olmuşlar. Keşikçinin açdığı atəş nəticəsində yaralanan bir hücumçu ələ keçirilmişdir. Qəzəbli şiələr hadisəyə e’tiraz olaraq küçələrdə atəş açmış, maşın və maşın təkərlərini yandırmışlar.

XS
SM
MD
LG