Accessibility links

Amerika Liberiya böhranını həll edir - 2003-07-02


Birləşmiş Ştatların təhlükəsizlik nümayəndələri ikinci gündür ki, Liberiyadakı böhranla bağlı danışıqlar aparır. Prezident Buş bu qərbi Afrika ölkəsindəki vəziyyətə müdaxilə ilə bağlı təzyiqlərlə üzləşib. Ağ Evdə keçirilən görüşdə Amerikanın müdafiə naziri Donald Ramsfeld iştirak edib. Bu gün müxbirlərə danışan prezident Buş deyib ki, Amerika Liberayada sabitliyin bərqərar edilməsi üçün bütün mümkün variantları nəzərdən keçirir. Amerikanın müdafiə nazirliyinin bir nümayəndəsi “Amerikanın səsi”nə bildirib ki, Pentaqon iki min Amerika əsgərinin sülhməramlı qüvvələr tərkibində iştirak edib-etməməsi ilə bağlı hərbi kontinqent planı üzərində işləyir. Bu haqda qərar gələn həftə prezident Buşun Afrika səfərindən əvvəl verilməlidir.

XS
SM
MD
LG