Accessibility links

BMT illik iqtisadi hesabatını açıqladı - 2003-06-29


BMT-nin illik iqtisadi hesabatı göstərir ki, dünya iqtisadiyyatı 2001-ci ildə böyük tənəzzüldən sonra hələ dirçələ bilməyib. Hesabatda deyilir ki, İraq məsələsi üzrə uzun sürən müzakirələr və nəhayət müharibənin özü kimi geosiyasi problemlər 2002-ci ilin sonu və 2003-cü ilin əvvələrində iqtisadi dirçəlişin başlanacağına dair artan ümidlərin azalmasına gətirib çıxarmışdır. İşsizliyin artması, ticarət dövriyyəsi və insvestisiya qoyuluşlarının azalması da dünyanın iqtisadi inkişafını ləngidən faktorlarlardır. BMT-nin iqtisadi və sosial məsələlər departamentindən İyen Kinniburq hesab edir ki, ABŞ dollarının dəyərdən düşməsi də dünya iqtisadiyyatının dirçəlişinə tə’sir göstərir. “Bir vaxt deyirdik ki, Birləşmiş Ştatlar bu artıma iki səbəbə görə təkan verir: əvvəla, biz Amerikanın ilk növbədə bu böhrandan çıxacağını və digər inkişaf etmiş ölkələrlə müqayisədə dirçəlişə daha tez nail olacağını və tərəqqi əldə edəcəyini gözləyirdik. Beləliklə, Birləşmiş Ştatların həm vaxt baxımından, həm də miqyas baxımından irəlidə gedə bilərdi.” Bununla gelə, Kinniburqun dediyinə görə, dünya iqtisadiyyatının yaxşılaşacağına da müəyyən işarələr var. Onun hesablamalarına görə, ilin ikinci yarısında Amerika Birləşmiş Ştatları başda olmaqla, inkişaf etmiş ölkələr arasında dirçəlişin olacağını gözləmək olar. BMT-nin illik hesabatında daha sonra göstərilir ki, Şərqi Avropa ölkələrində və Rusiyada bazar iqtisadiyyatına keçid prosesi qlobal tənəzzülün baş verməsi fonunda sür’ətini saxlaya bilib. İnkişaf etməkdə olan ölkələrə gəldikdə, Çin və Hindistanda yoxsulluqla mübarizə kampaniyası gözlənildiyindən daha yüksək səviyyədə aparılmışdır, digər ölkələrdə isə az həddə artımın olduğu qeyd edilir. Afrikada gözlənimədən, şimalla müqayisədə cənubda daha böyük artım müşahidə olunub. BMT-nin iqtisadi və sosial məsələlər departamentindən İyen Kinnniburq. “Səhraaltı Afrika regionunda mən deyirdim, qeyri-adi olaraq inkişafın şimali Afrika ilə müqyisədə daha yüksək olması yaxşı xəbərdir. Şimali Afrika təbii ki, geosiyasi qeyri-müəyyənliklər və bunlarla bağlı problemlərin tə’sirinə mə’ruz qalmışdır. Lakin səhraaltı Afrikanın 20-dən çox ölkəsi keçən illə müqayisədə region üçün müəyyən olunmuş həddən üç faiz artıq inkişaf göstərmişlər. Burada vəziyyət ümidlərin artmasına əsas verir, bununla belə, əlbəttə, bə’zi ölkələrdə son zamanlar zoraklıqların atması təəssüf doğurur.” Latın Amerikasının iqtisadi inkişaf ticarət defisi və Argentinada maliyyə böhranı ilə bağlı qanun layihələrinin qəbul edilməsində gecikmələrə ölkə görə aşağı səviyyəyə enmişdir. Lakin BMT-nin hesabatında dirçəlişə müəyyən işarələrin olduğu qedy edilir. Hesabatda göstərilir ki, bəzi ölkələrdə 2004-cü ilin sonuna qədər artım müşahidə olunacaq.

XS
SM
MD
LG