Accessibility links

K.Annan : Liberiyaya sülhməramlı qüvvələr göndərilməlidir - 2003-06-29


BMT-nin baş katibi Kofi Annan müharibədən dağılan Liberiyaya çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsini təklif edib. BMT-nin Təhlükəszlik Şurasına yazdığı məktubda baş katib Libariyanın bütövlüklə dağılmasına yol verməmək üçün bu addımın vacibliyini vurqulayıb. Liberiya prezidenti Çarlz Teylor dünən Amerika və Qərbi Afrika əsgərlərindən ibarət sülhməramlı qüvvələr fikrini alqışlamışdı. Qeyd edək ki, bundan bir gün əvvəl Liberiya liderinin hakimiyyətdən salınmasını istəyən rəqib qüvvələr paytaxt Monrovidə yüzlərlə insanın ölümü ilə nəticələnənə 4 günlük döyüşlərdən sonra təktərəfli atəşkəs e’lan etmişdi.

XS
SM
MD
LG