Accessibility links

Kolin Pauel qətl hadisəsini sülh prosesinə maneə adlandırıb - 2003-06-22


Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel Həmasın yüksək səviyyəli nümayəndəsinin İsrail tərəfindən qətlə yetirildiyinə görə təəssüf hissi keçirdiyini ifadə edərək bildirib ki, bu Yaxın Şərq sülh prosesini ləngidə bilər. Bu gün İordaniyada Dünya İqtisadi Forumunun xüsusi yığıncağında çıxış edən dövlət katibi Pauel hadisəni “tərəqqi yolunda maneə” adlandırıb. Kolin Pauel Yaxın Şərq sülh prosesində vasitəçilər, ABŞ, Avropa Birliyi, Rusiya və BMT-dən ibarət dördlüyün görüşünə qoşulmuşdur.

XS
SM
MD
LG