Accessibility links

Buş: İraqda axtarışlar davam edəcək - 2003-06-21


Prezident Buş deyir ki, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin başlıca məqsədi orada təhlükəsziliyi tə’min etməkdən, İraq xalqının həyatını yaxşılaşdırmaqdan və kütləvi qırğın silahlarını tapmaqdan ibarətdir. Prezident Buş Amerika xalqına etdiyi ən’ənəvi həftəlik müraciətində deyib ki, onun gündəliyində yer alan birinci məsələ İraqı iraqlılar və koalisiya qüvvələri üçün təhlükəsiz bir ölkəyə çevirməkdir. İraq rejiminin devrilməsindən 10 həftə keçməsinə baxmayaraq, koalisiya qüvvələri demək olar ki, hər gün hücumlara mə’ruz qalır. Cənab Buş bildirib ki, İraq xalqı 30 il əsarət altında olub. Onun gündəliyində olan ikinci məsələ İraq xalqının maddi rifahının yaxşılaşdırılmasından ibarətdir. Birləşmiş Ştatlar indiyə qədər İraqa 700 milyon dollardan çox məbləğdə ərzaq, dərman və ölkənin bərpası üçün lazım olan digər avadanlıqlar göndərib. İraqın kütləvi qırğın silahlarının ciddi təhlükə törətdiyi iddiası prezident Buşa İraqa qarşı hərbi əməliyyatların başlanmasına əsas vermişdi. İndiyə qədər İraqda kütləvi qırğın silahları tapılmadığına görə prezident Buş Konqresdəki demokratların ciddi tənqidlərinə mə’ruz qalıb. Cənab Buş həftəlik müraciətində deyib ki, bir çox dövlətlərin kəşfiyyat xidmətləri Səddam Hüseynin qadağan olunmuş silahlara malik olmasını təsdiq edir və Birləşmiş Ştatlar İraqda axtarışları davam etdirəcək.

XS
SM
MD
LG