Accessibility links

Parisdə iki iranlı qadın özünü yandırıb - 2003-06-18


Parisdə iki iranlı qadın Fransa hökumətinin iranlı müxalifət təşkilatına qarşı tə'qiblərinə e'tiraz olaraq özlərini yandırmışlar. Tə'cili tibbi yardım işçiləri qadınlardan birinin vəziyyətinin ağır olduğunu bildirir. İkinci qadının vəziyyətinə dair bir-birini təkzib edən xəbərlər daxil olur. 50-yə yaxın nümayişçi Fransada İranın Xalq Mücahidləri Təşkilatının 160-a yaxın üzvünün dünən həbs edilməsinə e'tiraz ediblər. Polis Tehran hökumətinə müxalifətdə olan və son vaxtlara qədər İraqda fəaliyyət göstərən təşkilatın 26 üzvünü hələ də nəzarət altında saxlayır. Fransa rəsmiləri bildirirlər ki, saxlanılan şəxslər terror aktlarını həyata keçirməkdə və ya maliyələşdirməkdə şübhələnilənlərdir.

XS
SM
MD
LG