Bağdadın mərkəzində atışma nəticəsində bir Amerika əsgəri öldürülmüş, biri isə yaralanmışdır. Başqa bir hadisədə isə Birləşmiş Ştatlar əsgərlərinin Koalisiya qüvvələrinin qərargahı qarşısında toplaşan nümayişçilərə açdığı atəş nəticəsində iki nümayişçi öldürülmüşdür. Hərbi nümayəndələrin bildirdiyinə görə yanacaq doldurma stansiyasında namə’lum şəxslər tərəfindən əsgərlərə atəş açılmışdır. Əsgərlərə əlavə kömək gələnə qədər hücumçu qaçmağa nail olmuşdur. Geyd edək ki, Bağdadın şimal və qərb hissələrində də Amerika öüvvələrinə garşı hər gün hücumlar edilir. Hərbi nuümayəndələr bu hücumlarda keçmiş rejimin qalıqlarını günahlandırırlar. İki iraqlının ölümü ilə nəticələnən digər insident Səddam Hüseynin keçmiş saraylarından biri, indi Koalisiya qövvələrinin baş qərargahı yerləşən sarayın qarşısında keçirilən nümayiş zamanı baş vermişdir. Nümayişçilər keçən ay Amerikanın mülki administratorunun İraqın silahlı qüvvələrini buraxmasından sonra işlərini itirmiş keçmiş əsgərlər idi.