Accessibility links

Türkiyənin Adana şəhərində partlayış olub - 2003-06-11


Türkiyənin rəsmi nümayəndələri deyirlər ki, bu gün Türkiyənin Adana şəhərindəki ABŞ konsulluğunun ərazisinə partlayıcı qurğu atılmış, lakin heç kim xəsarət almamışdır. Türkiyə polisi bu partlayışda şübhələnilən bir şəxsi həbs etmişdir. Türkiyənin CNN telekanalının mə’lumatına görə konsulluq bağına atılmış iki partlayıcı qurğudan biri partlamışdır. Verilən mə’lumatlara görə partlayış konsulluğa ziyan vurmamışdır. Partlayışın güclü səsə malik olması üçün şübhəlinin hansı növ bombadan istifadə etdiyi barədə ziddiyyətli mə’lumatlar yayılır.

XS
SM
MD
LG