Accessibility links

Fələstinin "Həmas" qrupu danışıqları dayandırıb - 2003-06-07


Birləşmiş Ştatlar bildirir ki, Fələstinin "Həmas" qrupu İsrailə qarşı hücumların dayandırılması haqqındakı danışıqları pozmaqla sülhə düşmən olduğunu nümayiş etdirib. Ağ ev qeyd edir ki, Birləşmiş Ştatlar bu mübahisələrə baxmayaraq Yaxın Şərqdə sülhə nail olmaq üçün səylərini bundan sonra da davam etdirəcək. Cümə günü "Həmas" qrupu Fələstinin baş naziri Mahmud Abbasla apardığı danışıqları dayandırmışdı. Cənab Mahmud Abbas yaraqlı qrupları tərksilah etmək üçün silahlı qüvvədən istifadə etmək əvəzinə, onlarla atəşkəs haqqında danışıqlar aparmağı üstün tutur. Fələstinlilərin rəsmi nümayəndələri deyirlər ki, onlar "Həmas" kimi qruplarla atəşkəs haqqında müzakirələrə balayacaqlarına inanırlar.

XS
SM
MD
LG