Accessibility links

BMT müfəttişləri Bağdada qayıdıb - 2003-06-06


Birləşmiş Ştatların başçılıq etdiyi koalisya qüvvələrinin İraqa daxil olmasından bəri ilk dəfə olaraq BMT-nin nüvə müfəttişləri Bağdada qayıdıblar. “Amerikanın səsi”nin müxbiri Greq Lamot xəbər verir ki, müfəttişlər tədqiqat sahələrindən nüvə materiallarının oğurlanıb-oğurlanmaması məsələsini araşdıracaqlar. Beynəlxalq Atom Enerji Agentliyinin 9 nəfərdən ibarət müfəttiş hey’əti Əl-Tüveyta tədqiat mərkəzində yoxlanış aparıb, nüvə materiallarının yoxa çıxması və readiaktiv zəhərlənmə olub-olmadığını müəyyən etməlidir. Müfəttişlərin işi sabahdan e’tibarən başlayacaq. Bağdadan 20 kilometr cənub-şərqdə yerləşən Əl-Tüveyta tədqiqat mərkəzində 500 ton təbii uran, iki tona yaxın zənginlik baxımından zəif uran saxlanılır. Müharibədən sonra mərkəz talan edilmişdi. Aprel ayının 7-də tədqiqat mərkəzinə koalisiya qüvvələri nəzarət etməyə başladı. O vaxtdan 100 barrelə yaxın nüvə materialı qorunub saxlanmışdır. Təftiş missiyasının iki həftə sürəcəyi gözlənilir. Koalisya qüvvələrinin müşahidəçiliyi ilə aparılan yoxlanışlar zamanı mətbuat Əl-Tüveytaya buraxılmayacaq.

XS
SM
MD
LG