Accessibility links

Rusiya BMT-nin yeni qətnaməsini alqışlayır - 2003-05-31


Rusiya prezidenti Vladimir Putin BMT-nin İraqla bağlı qətnaməsini alqışlamış, Avropa ölkələrini Rusiya ilə münasibətlərini qorumağa çağırmışdır. BMT nümayəndələri ilə keçirilən sammitdən sonra Rusiya prezidenti keçən həftə qətnamədə kompromislərə gedən Amerika prezidenti Corc Buşa təşəkkürünü bildirmişdir. Sankt-Peterburq görüşündə Rusiya və Avropa arasında əməkdaşlıq məsələsi müzakirə edilmişdi. Dövlət başçıları rusların vizasız səyahət etmələri məsələsi üzərində işləyəcəklərinə söz vermişlər. Dünya liderləri Sankt-Peterburqa şəhərin 300 illiyi münasibəti ilə toplamışlar.

XS
SM
MD
LG