Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri 15 polis zabitini nəzarət altına alıblar. Onlar Bə’s partiyaının gizli iclasını təşkil etməkdə günahlandırılırlar. Bu mə’lumat hazırda İraqın daxili işlər nazirliyinin müşaviri, Nyu York şəhəri polis idarəsinin rəisi Bernard Kerik tərəfindən verilib. Onun bildirdiyinə görə həftəlik gizli iclas Amerika qüvvələrinin Polis Akademiyasına reydi zamanı aşkar edilmişdi.