Accessibility links

İraqda pusqu zamanı bir Amerika əsgəri həlak olub - 2003-05-26


Amerika əsgərləri Bağdadın şimal-qərbində hücuma məruz qalıblar. Hadisə nəticəsində bir əsgər həlak olub, digəri isə yaralanıbdır. Birləşmiş Ştatların Mərkəzi Komandanlığı bildirib ki, hücümü təşkil edənlər 3-cü mexanikləşdirilmiş briqadanın səkkiz maşından ibarət təchizat karvanını pusquya salıblar. Vaşinqtonda ABŞ silahlı qüvvələrinin Birləşmiş Qərargahlar Rəisi General Riçard Mayers isə qeyd edib ki, İraqdakı sabitləşdirmə cəhdləri çətin bir mərhələyə daxil olub. Bağdadda daha bir insident olub. Sursat tullantılarının olduğu sahədə baş verən partlayış nəticəsində oranı mühafizə edən bir Amerika əsgəri həlak olub, digəri isə yaralanıb.

XS
SM
MD
LG