Accessibility links

Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir - 2003-05-25


Ermənistanda seçicilər Milli Assambleyaya üzvlərin seçilməsinə səs verir və ölkə konsitutusiyasına dəyişiklliklərlə bağlı referendumda iştirak edirlər. Mart ayında prezident seçkilərində ciddi pozuntulardan sonra bugünkü səsvermə demokratik inkişaf yolunda sınaq kimi qiymətləndirilir. Səsvermə məntəqlərində saxtakarlıqların qarşısının alınması üçün şəffaf qutular qoyulmuşdur. Səsvermə bülletenini qutuya salmış prezident Robert Köçaryan sabitliyə səs verdiyini demiş və seçkilərin normal keçəcəyini və’d etmişdir. ATƏT və digər beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkiləri yaxından izləyirlər. Yerevandan alınan mə’lumatlarda səsvermə məntəqələrinə çox sayda adamın gəldiyi və pozuntuların olmadığı deyilir. Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma gəldikdə, burada Ermənistan əhalisi parlamentin məhdud səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan yeni maddələrə münasbitlərini bildirməlidir. Müxalifət liderlərinin dediyinə görə, konstitusiyaya dəyişikliklər əslində, parlamentin deyil, prezidentin səlahiyyətlərini genişləndirəcək. Rəsmi nəticələr bazar ertəsi günü açıqlanmalıdır.

XS
SM
MD
LG