Accessibility links

İraqda bərpa işləri ləng gedir - 2003-05-23


Dünən senatda keçirilən dinləmələr zamanı Birləşmiş Ştatların qanunvericiləri Buş administarsiyasını İraqda yenidənqurma prosesinə görə tənqid etmişlər.Senatın xarici əlaqələr komitəsinin üzvləri Birləşmiş Ştatların müdafiə nazirinin müavini Pol Volfovitsə İraqdakı təhlükəsizliklə bağlı qayğılarını bildirmişlər. Onlar humanitar yardımların gecikdirildiyi və ölkənin gələcəyinin təhlükədə olduğunu demişlər. Müdafiə nazirinin müavini cənab Volfovits administarsiyanın rolunu müdafiə edərək demişdir ki, vəziyyət xəbərlərdə deyilən qədər dəhşətli deyil. O, mövcud problemlərin İraqın keçmiş lideri Səddam Hüseyn rejiminin qalıqları olduqlarını demişdir. Cənab Volfovits bildirmişdir ki, elektrik tədricən bərpa edilir, su ilə tə’minat müharibədən əvvəlki vaxtla müqayisədə 60 faiz işləyir. Məktəblər açılır. Bu isə İraqın böhran içərisində olduğu demək deyil.Qanunvericilər Buş administarasiyasının İraqın yenidən qurulmasının xərcləri, metodları və məqsədlərində konqreslə hesablaşmadığından narahat olduqlarını demişlər. Cənab Volfovits senator Baydenin administrasiyanın gələn 3 ay ərzində nə kimi işlər görüləcəyi ilə bağlı komitəyə hesabat verməsi tələbi ilə razılaşmışdır. Konqress İraqın yenidən qurulması işlərinə 2.5 milyard dollar vəsait ayırmışdır. Lakin təxminlərə görə gələn 5 il ərzində İraqa 100 milyard dollar sərf ediləcək.

XS
SM
MD
LG