Accessibility links

İraqda müvəqqəti hökumətin qurulması barədə danışıqlar davam edəcək - 2003-05-21


Müvəqqəti hökumətin təşkili üçün İraq nümayəndələrinin qurultayı müəyyən edilmiş vaxtdan bir ay sonra, iyul ayının ortalarında keçiriləcək. Bunu Birləşmiş Ştatların İraqda inzibati idarə rəisi Pol Bremer bu gün Bağdadda müxbirlərə deyib. Qurultayın tə’xirə salınmasınn səbəblərilə bağlı təfərrüatları açıqlamayan cənab Bremer demişdir ki, Birləşmiş Ştatlar onun keçən həftənin cümə günü görüşdüyü yeddi nəfərdən ibarət şuradan razı qalmayıb. Pol Bremerin bildirdiyinə görə, qrup İraq xalqını təmsil etmir və ABŞ rəsmiləri siyasi nümayəndələrin başqa qrupları ilə də danışıqlar aparmaq niyyətindədirlər.

XS
SM
MD
LG