Accessibility links

Təhlükəsizlik Şurası İraqın yenidən qurulması haqda layihəni səsə qoymalıdır - 2003-05-21


BMT-nin Təhlükəszlik Şurası sabah təkcə sanksiyaların qaldırılması deyil, həm də Birləşmiş Ştatlar və Britaniyanın başçılıq etdiyi kolaisiyanın İraqdakı səlahiyyətləri, habelə BMT-nin İraqın yenidən qurulmasındakı rolunu müəyyən edən qətnamə layihəsini səsə qoymalıdır. Bazar ertəsi təqdim edilən qətnamə layihəsinə BMT-nin İraqın siyasi proseslərində iştirakını tələb edən şuranın bə’zi üzvləri - Fransa, Almaniya və Rusiyanın tə’kidi ilə dəyişikliklər edilmişdir. Dünən məsələ ilə əlaqədar bağlı qapılar arxasında keçirilən görüşdən sonra Rusiyanın BMT-dəki səfiri Sergey Lavrov müxbirlərə bildirmişdir ki, Birləşmiş Ştatlar, Britaniya və İspaniya kimi həm-sponsorlardan BMT-nin rolu və BMT-nin silah müfəttişlərinin İraqa göndərilməsi ilə bağlı sullara cavab verəcəkləri gözlənilir. O, demişdir ki, Təhlükəsizlik Şurasının İraqın yenidən qurulması sahəsindəki rolu aydın olmalıdır və aradan qaldırılması nəzərdə tutulan müvəqqəti ölçülər qanuni və beynəlxalq ictimaiyyətin tanıdığı bir hökumətin təşkilinə yol açmalıdır. Birləşmiş Ştatların BMT-dəki səfiri Con Neqraponte bu üçüncü və sonuncu qətnamədəki dəyişikliklərin geniş olmayacağını deyir. Onun fikrincə İraqın neft gəlirlərinin yenidənqruma işlərinə səfr ediləcəyi aydın məsələdir. Səfir Neqraponte deyir ki, həmsponsorlər debatlar zamanı qaldırılan məsələləri nəzərdən keçirir və onlar sabah 1990-ci ildə tətbiq edilən sanksiyaların ləğvi məsələsini qaldıracaqlar. O, qeyd etmişdir ki, qətnamə güclü dəstəyə malikdir və 25 paraqrafdan ibarət qətnamə tam qanunidir. Qaldırılan bə’zi suallar bir qədər artıq iş tələb edir və bunun üzərində hazırda işlənilir. Səfir Təhlükəszilik Şurası debatlarının səmərəli atmosferdə keçdiyini deyir. Qətnamə layihəsində İraqda legitim və beynəxlaq ictimaiyyət tərəfindən tanınan hökumət təşkil edilənədək, Amerika və Britanınyanın başçılıq etdiyi koalisiyanın neftdən alınan gəlirin İraqın yenidən qurulmasına sərf edilməsi işinə nəzarət ediləcəyindən bəhs edir. Burada neft əvəzinə ərzaq proqramının 4 ay deyil, 6 ay saxlanması təklif edilir. Qətnamədə Amerikanın qəti əleyhinə olduğu BMT-nin silah müfəttişlərinin İraqa qayıtmasına səlahiyyət verilmir. Qətnamədə deyilir ki, Təhlükəszilik Şurası müfəttişlərin beynəxalq müfəttiş mandatını yenidən qüvvəyə mindirəcək. Beləliklə də kütləvi qırğın silahlarının axtarışındakı gələcək rollarına qapı açacaq.

XS
SM
MD
LG