Prezident Buş bildirirb ki, bu həftə baş verən terror hücumları terrorizmə qarşı müharibənin başa çatmadığını göstərir. Həftəlik radio müraciətində cənab Buş Əfqanıstan və İraqdakı hərbi uğurları terrora qarşı müaribədə mühüm qələbələr kimi qələmə verib. Lakin cənab Buş qeyd edib ki, bu həftə həyata keçirilən kamikadze hücumları terrora qarşı müharibənin davam etdiyinə ciddi bir xəbərdarlıqdır. Bu arada isə “Nyu-York Tayms” qəzetində dərc edilmiş məqalədə Amerika, Avropa və Yaxın Şərqdəki terrorizm üzrə mütəxəssislər ehtimal ediblər ki, Əl-Qaida əməliyyat mərkəzlərini bir neçə məntəqədə- Keniya, Sudan, Pakistan və Çeçenistanda yenidən təşkil etmişdir.