Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel BMT-nin İraqa qarşı sanksiyaları tez bir zamanda aradan qaldıracağına inandığını bildirmişdir. Kolin Pauel bu gün Berlində Almaniyanın xarici işlər naziri Yoşka Fişer və kansler Qerhard Şroyderlə görüşlər keçirmişdir. İki ölkənin rəsmilərinin görüşü İraq müharibəsindən əvvəl gərginləşmiş münasibətləri yaxşılaşdırmaq sə’yi kimi qiymətlənidirilir. ABŞ-ın başçılığı ilə İraqa qarşı müharibənin qəti əleydarı olan Almaniyanın kansleri Qerhard Şroyder Vaşinqtonun BMT-nin sanksiyalarının ləğvi istəyi ilə razı olduğunu bildirib.
Dövlət katibi Pauel Almaniya kansleri ilə danışıqların açıq və səmimi bir şəraitdə keçdiyini bildirdi. “Biz əvvəllər mövcud fikir ayırlıqları haqda danışdıq və bu fikir ayrılıqlarının ciddi olduğu haqda fikir mübadiləsi apardıq, bununla yanaşı, bizi bir-birimizə yaxınlaşdıran məsələlər haqda danışdıq.”
Cənab Pauelin dediyinə görə, bu ölkələri bir-birinə yaxınlaşdıran onlar arasında tarixən mövcud yaxın münasibətlər, habelə Əfqanıstan, Balkanlar və terrorizmə qarşı mübarizədə əməkdaşlıqdır. İki rəsmi nümayəndə arasında danışqların mərkəzində İraq məsələsi dururdu. Buş administrasiyası ilə yaranmış gərginliyi aradan qaldırmaq sə’yləri çərçivəsində kansler Şroyder İraqa qarşı sanksiyların indi mə’nazıs olduığunu bildirdi. Onun fikrincə, sanksiyalar ən tez bir zamanda aradan qaldırılmalıdır. Kolin Pauel Qerhardt Şröyderin sanksilarla bağlı fikirlərilə bağlı razılığını ifadə etdi. Bununla, dövlət katibinin dediyinə görə, İraq neftinin nəqlinə başalanılacaq, neftdən gəlirlər əldə ediləcək və İraq xalqı bundan faydalanacaq.