Prezident Məhəmməd Xatəmi deyir ki, İran ilə Birləşmiş Ştatlar arasındakı ciddi fikir ayrılığına baxmayaraq iki ölkə arasında bu yaxınlarda Cenevrədə danışıqlar davam etdiriləcək. O, bu bəyanatı Livana etdiyi üç günlük rəsmi səfərini başa çatdırması ilə əlaqədar keçirdiyi mətbuat konfransında verib. Həm Vaşinqton, həm də Tehran bildiriblər ki, onların arasında BMT-nin himayəsi ilə bir ildən artıqdır danışıqların aparılır.