Accessibility links

SARS epidemiyası yayılmaqda davam edir - 2003-05-11


Çinin baş naziri Ven Tsiabao SARS epidemiyasının hələ də ciddi problem olaraq qaldığını və əhalinin sıx yaşadığı bölgələrə yayıla biləcəyini deyib. Rəsmi “Sinxua” agentliyi baş nazirə istinadən bildirir ki, atipik pnevmoniyanın nəzarət altına alınması sahəsində tərəqqi əldə edilsə də, Çin bu epidemiyanın tam nəzarətinə malik deyil. Dünya Sağlamlıq Təşkilatının xəstəliyin yayaıldığı ölkələr siyahısına daxil etdiyi Tayvanda bu gün daha 12 adamın SARS-a yoluxduğu bildirirlir. 10 min adamın karantinə alındığı Tyavanda hökumət evdən çıxamaları yasaqlanan xəstələrə nəzarət üçün video kameralar və satellitlərdən istifadə ediləcəyini bildirib.

XS
SM
MD
LG