Accessibility links

ABŞ İraqda yerləşən İranın Xalq Mücahidləri qrupu ilə danışıqlar aparır - 2003-05-10


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvəsinin nümayəndələri İraqda yerləşən İranın hərbi müxalifət qrupu olan Xalq Mücahidləri təşkilatının rəsmi şəxsərilə qrupun tərk-silah olması barədə danışıqlar aparırlar. Xalq Mücahidləri qrupunun İranın sərhəd məntəqəsinin yaxınlığında bazaları var. Ağır silahlarla silahlanmış Xalq Mücahidləri təşkilatı İranın ruhani hökumətini devirməyə çalışır. 1980-ci illərin ortasında Səddam Hüseyn Xalq Mücahidləri təşkilatına İraqda yerləşməsnə icazə vermişdi. Birləşmiş Ştatların Dövlət Departamentinin siyahısında Xalq mücahidləri təşkilatı terrorçu qrup kimi göstərilib.

XS
SM
MD
LG