Accessibility links

ABŞ-ın dövlət katibinin müavini Moskvadadır - 2003-05-05


Rusiyanın rəsmi nümayəndələri İranın nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərə əməl etdiyini bildirirlər. Rusiyanın Atom Enerji naziri Aleksandr Rumyantsev bu gün Birləşmiş Ştatların dövlət katibinin müavini Con Boltonla görüşüb, kütləvi qırğın silahlarının yayılmasına mane olunması məsələsini müzakirə etmişdir. Vaşinqton İranın nüvə silahları istehsal ediyini, Tehran isə nüvə gücündən yalnız elektrik üçün istifadə edildiyini bildirir. Moskva danışıqları zamanı cənab Boltonun Amerikanın Rusiyanın İranın nüvə proqramına yardımından narahatlığını bir daha bildirəcəyi gözlənilirdi.

XS
SM
MD
LG