Accessibility links

İsrail-Fələstin arasında danışıqlar canlana bilər - 2003-05-03


İsrail radiosunun bildirdiyinə görə İsrailin baş naziri Ariyel Şaron və Fələstinin yeni baş naziri Mahmud Abbas arasında görüşə hazırlıq işləri aparılır. Bu görüş haqda mə’lumatlar dünya liderlərinin İsrail və Fələstini danışıqları canlandırmaq cağırışlarından sonra yayılmışdır. Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell cənab Abbasın baş nazir seçilməsi və Yaxın Şərq ölkələrinin terrorizmlə mübarizədəki öhdəliklərini sülhə doğru irəliləyiş adlandırmışdır.

XS
SM
MD
LG