Accessibility links

Iran Amerikanın şübhələrinə cavab verir - 2003-04-24


İranın xarici işlər naziri Tehranın İraqda yeni hökümətinin qurulmasına müdaxilə etdiyinə dair Birləşmiş Ştatların ehtimallarını rədd edib. Xarici işlər naziri Kamal Xərrazı bildirirb ki, İran İraqın işlərinə qarışmır və bu ölkədə əksərriyət təşkil edən şiə müsəlmanların rolunun güclənməsinə də c,hd etmir. Birləşmiş Ştatlar İrana aydın şəkildə bildirirb ki, İraqın demokratiyaya doğru hərəkatına müdaxilə etməsin, Bu barədə dünən Ağ Evin mətbuat katibi bildirirb. Qeyd edək ki, Nyu Yokr Tayms qəzeti iran agentlərinin İraqın cənubunda müsəlman şiə ruhanilərlə əlaqələr yaratmaq üçün bu ölkəyə daxil olduqları barədə xəbər verib.

XS
SM
MD
LG