Accessibility links

Buş administrariyası Parislə münasibətlərini nəzərdən keçirəcək - 2003-04-23


Birləşmiş Ştatların Dövlət Katibi Kolin Pouell İraqa qarşı müharibənin əleyhinə olduğu üçün Fransanın bunun nəticələri ilə üzləşəcəyinə işarə etmişdir. Amerika televiziyasına müsahibə verən dövlət katibi demişdir ki, Buş administrasiyası Parislə münasibətlərinin bütün aspektlərini nəzərdən keçirəcək. Lakin hansı aspektlərdən söz getdiyi barədə cənab Pouell heç nə deməmişdir. Fransa isə dövlət katibinin çıxışına cavab olaraq bu gün bildirmişdir ki, Fransa “bütün hallarda” beynəlxalq qanunun müdafiəsini davam etdirəcək.

XS
SM
MD
LG