Fələstinin İordan çayının qərb sahilinin Cenin şəhəri yaxınlığındakı məktəbə yerləşdirilən bomba partlayışı nəticəsində 20 şagird yaralanmışdır. Onlardan bir neçəsi ağır vəziyyətdədir. Radikal Yahudi qrupu bu partlayışın məs’uliyyətini öz üzərinə götürsə də, İsrail polisi partlayışın arxasında kimin durduğunun təsdiq edilmədiyini bildirir. Yerli şahidlərin dediklərinə görə bu partlayıcı qurğu şagirdlərdən biri tərəfindən tapılıb məktəbə gətirilən vaxt partlayıb.Lakin Fələstin polisi partlayıcı qurğunun üzərində İbri yazısı olduğu üçün bunun İsraildə hazırlandığını deyir. İsrailin hərbi nümayəndəsi isə partlayış zamanı orada hərbi qüvvələrin olmadığını deyir. Yahudilərin “körpələrin qısası” adlı exstremist qrupu müxbirlərə bu partlayışın mə’suliyyətini daşıdığını deyib və bildirib ki, bu, fələstinlilər tərəfindən öldürülmüş yahudi uşaqların qisasını almaq üçün edildı. Polis isə partlayışın həqiqətən də bu qrup tərəfindən həyata keçrildiyinə dair heç bir əsaslı dəlilə malik olmadığını bildirir.