Accessibility links

Britaniyanın Baş Naziri Toni Bleyerin çıxışı - 2003-04-02


Britaniyanın Baş naziri Toni Bleyer birpartiyalı Səddam Hüseyn rejiminin demokratik hökumətlə əvəz edilməsi yollarını açıqlamışdır. Parlament qarşısında çıxış edən cənab Bleyer demişdir ki, Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra Amerikanın başçılıq etdiyi koalisiya, İraqın həqiqi qüvvəyə malik olan administarsiyasını formalaşdıracaq. Baş nazir demdişdir ki, o, Birləşmiş Millətlər Təşkilatının müharibə başa çatmazdan əvvəl qətnamə qəbul edəcəyini gözləyir. Həmin qətnaməyə əsasən İraq hökumətinin təşkilinin iş çərçivəsi müəyyən ediləcək. Cınab Bleyer demişdir:“Nə qədər ki, mümkündür, İraq nə BMT, nə də ki, kolaisiya tərəfindən, yalnız İraqlılar tərəfindən idarə edilməlidir. İraqda müxtəlif nümayəndələri təmsil edən və iraqlılardan təşkil edilən, insan hüquqları, regionda sülh və sabitliyə riayət edən bir quruluş olmalıdır.Mən əminəm ki, İraq xalqının əksəriyyəti məhz bunu görmək istəyir.”

XS
SM
MD
LG