Accessibility links

Birləşmiş Ştatların Dövlət Departamenti 2002-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətilə bağlı illik hesabatını açıqlayıb - 2003-04-01


Hesabatın Azərbaycanla bağlı hissəsində insan hüquqları sahəsində vəziyyətin yaxşı olmadığı, Azərbaycan hökumətinin xalqın hökuməti dinc yolla dəyişdirmək imkanının qarşısını aldığı göstərilir

Azərbaycan hökuməti söz və mətbuat azadlığı qarşısında məhdudiyyətlər qoymağa davam edir. Hökumət radio və televiziyaya nəzarəti əlində saxlayır adamların ictimai yerlərdə yığıncaq keçirmək azadlığının qarşısını alır. Nardaranda iyun ayında polis və yerli sakinlər arasında toqquşma zamanı polis Əlişan Ağayevi atəş açaraq qətlə yetirmişdir. İşlə bağlı təhqiqat aparılmamışdır. Həbsxanalarda məhbuslar arasında ölüm halları qalmaqdadır. Buna hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən pis rəftar, ya da həbsxanalardakı pis şəraitin səbəb olduğu deyilir. Lakin hər bir halda, bunun səbəbkarları cəzalandırılmamışlar. Polisin həbsxanalarda məhbuslara işgəncə verdiyi, ifadə almaq üçün güc işlətdiyi haqda mə’lumatlar verilir. İnsan hüquqları fəallarının bildirdiyinə əsasən, polis yalan ifadə almaq üçün Bəylər Quliyevə işgəncə vermişdir. Quliyev Prokurorluğun cinayət şö’bəsinin keçmiş başçısı Rövşən Əliyevin qətli ilə əlaqədar baş prokurorluğa çağırılmışdı. Mətbuat və hüquq müdafiəçilərinə əsasən, həbsinə müqavimət göstərdiyinə görə, 10 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Bundan sonra o, aprelin 19 prokurorluğua gəitiriləndə özünü pəncərədən atıb həlak olmuşdur. Hadisə ilə bağlı təhqiqat aparıılmamışdır. Hökumət polisi hərəkətlərinə görə məs’ul tutmur. Hökumət nümayişlərin qarşısını alır, bə’zi hallarda, nümayişççilər döyülür. Korrupsiyalaşmış rəsmi nümayəndələrin insan alverinə yol verdikləri haqda təsdiq edilməmiş mə’lumatlar mövcuddur. Həbsxanalarda şərait dözülməz, bə’zi hallarda isə təhlükəli olaraq qalmaqdadır. Məhbuslar arasında ölüm halları bu şərait və hüquq-mühafizə orqanları tərəfindən pis rəftarla əlaqədardır. Həsbxanalarda adamların sayının artıq olması və zəif tibbi xidmət yoluxucu xəstəliklər, xüsusilə də, vərəm xəstəliyinin yayılmasına səbəb olmuşdur. Beynəlxalq Qırmızı Xaç komitəsinin mə’lumatına əsasən, ilin sonuna qədər 841 məhbus vərəm xəsətliyindən müalicə olunurdu. Məhbuslara ərzaq ailləri və qohumları tərifindən gətirilir. Onları görmək üçün ailə üzvləri rüşvət verməlidirlər. Bə’zi məhsbuslardan mə’nəvi və psixoloji təzyiq yolu ifadə almaq üçün onları çox zaman zirzəmilərdə yerləşən təcrid edilmiş kameralarda saxlayırlar. 2000-ci ilin iyun ayından Qırmızı Xaç hökumətlə razılıq əsasında bütün həbsxanaları ziyarət etmişdir. Qərb ölkələrinin müşahidəçilərinin siyasi məhbus olduğu deyilən məhsbularla görüşmək üçün xüsusi rejimli həbsxanalara getməsinə imkan verilmişdir. Bununla belə, hüquq müdafiəçiləri onların həmin yerlərə getməsinə məhdudiyyətlər qoyulduğunu bildirirlər. Konstitusiya vəkillərə saxlanılanlarla görüşmək imkanı verdiyi halda, bu praktikadan xüsisilə Bakdan kənarda çox az istifadə olunur. Müxalifət üzvləri və onların aillərinə qarşı digər vətəndaşlara nsibətən daha çox məhkəmə işləri qaldırılır, onlar həbs olnurlar. İl ərzində Müsavat partiyası 200 üzvünün 3-gündən 15 günə müxtəlif müddətlərə saxlandığını bildirir. Azərbacyan Demokratik partiyasının baş katibi Sərdar Cəlalaoğlu 5 gün, partiyanın digər üzvləri müxtəlif müddətlərə saxlanmışlar. Polis sanksiyasız mitinqləri dağıtmağa cəhd göstərmiş, mitinq iştirakçılarını saxlamışdır. Nardaranda sentyabrın 20-də keçirilmiş mitinqdə iyun hadisələrində əli olmaqda ittihamı olunmuş kənd ağsaaqqalı Cəbrayıl Əlizadənin həbsi narazılıqların yeni dalğasını yaratmış, Apellasiya məhkəməsi bundan sonra onun həbsinin qeyri-qanuni olduğu barədə məsələ qaldırmışdır. İlin sonuna qədər 15 nəfər Nardaranlı həsbdə qalmaqda idi. Hökumət siyasi məhbusları saxlamağa davam edir. Yerli qeyri-hökumət təşkilatları 200-dən 300 nəfərə qədər siyasi məhbusun saxlandığını bildirirlər. Prezident Heydər Əliyev bir neçə əvf fərmanı imzlamış və bunun nəticəsində 236 nəfər azad edilmişdir. Bunlar arasında Avropa Şurası və qeyri-hökumət təşkilatlarının siyasında siyasi məhbus kimi qeyd edilənlər də var. Müdafiə nazirliyini açıq tənqid edən Bakı Dənizçilik məktəbinin keçmiş müdir müavini Can Mirzə Mirzəyev may ayında apellasiya ilə müraciət etməsinə baxmayaraq, hələ də həbsxanadadır. Həm xarici, həm də yerli müşahidəçilər qətl törətməkdə məhkum edilərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş Mirzəyevin günahının məhkəmədə sübuta yetirilmədiyini hesab edirlər. Avropa Şurası ilə müzakirələrin cavabında Azərbaycan hökuməti üç məhbusun işinə yenidən baxılmasına təşəbbüs göstərmişdir. Keçmiş daxili işlər naziri İsgəndər Həmidov və keçmiş müdaifə naziri Rəhim Qazıyevin məhkəmə işlərinə yenidən may ayında, Talış-Muğan respublikası yaratmağa cəhd ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş Əlikram Hümbətovun işinə yenidən iyun ayında baxılmağa başlanıldı. Keçən ilin ilk beş ayı mətbuat azadlığı sahəsində müəyyən irəliləyişlər olsa da, ilin ikinci yarısı mətbuata qarşı məhkəmə iddialarının qaldırılması ilə yadda qaldı. İlin sonuna qədər hökumət müstəqil və müxalif mətbuat orqanlarına qarşı 18 yeni məhkəmə işi qaldırmışdır. İl ərzində qazetlərə qarşı 38 məhkəmə iddiası qaldırılmışdır; bunların 13-ü “Yeni Müsavat” qəzetinə qrşı idi. Qəzetlər və jurnallar hökumətin nəzarəti altında olan köşklər tərəfindən satılıb yayılır. Müstəqil distrubyuter olan Qaya şirkəti hökümət tərəfindən təzyiqlərə mə’ruz qalır. Şirkətin Bakı və bə’zi rayonlarda köşkləri dalğılımışdır. Qayanın ölkə üzrə 55 köşkündən 37-i qalmışdır. Bunun nəticəsində, məsələn, Naxçıvanda və ölkənin bə’zi rayonlarında müstəqil qəzet qayan şirkət yoxdur. 2001-ci ildə jurnalistlərə qarşı tə’qiblər davam etmişdir. Jurnalistləri müdafiə RUH komitəsinə əsasən, keçən il jurnalistlər 90-dan artıq halda fiziki təzyiqə və təcavüz mə’ruz qalmışlar. Jurnalistlər vəziyyətlə bağlı e’tirazlarını bildirmiş, xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlar öz narahatlıqlarını ifadə etmişlər. Bir çox hallarda jurnalistlərə qarşı zorakılıq işlədənlər cəzalandırılmamış qalır. Hökumət radio və televiziyaya nəzarət edir. Azərbacyan hökuməti dövlət televiziyasından vaxtaşırı siyasi partiyalar və hökuməti tənqid edənlərə qarşı çıxış etmək məqsədilə kampaniya aparır. Özəl televiziya şirkətləri həm hökumətin, həm də müxalifətin nəzərini əks etdirməyə çalışırlar, lakin onların proqramlarına ölkənin bütün yerlərində maxmaq mümkün deyil. Həm Ermənistan, həm də Azərbaycanın atəşkəs rejimini pozması ölüm halları və mülki əhali və əsgərlər arasında yaralananların olması ilə nəticələnmişdir. Orduda ölüm halları mövcuddur. Mətbuatın verdiyi mə’lumata əsasən, keçən il orduda 15 ölüm hadisəsi müşahidə olunmşudur. Müdafiə naziri Səfər Əbiyev 2001-ci ildə baş vermiş hadisələrin hamısı ilə bağlı təhqiqat aparılacağını söyləmişdi. Lakin ilin sonuna qədər təhqiqatın gedişi ilə bağlı heç bir mə’lumat verilməmişdir. Beynəlxalq Qırmızı Xaç komitəsi dəfərlərlə Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsi başlayandan itkin düşənlər haqda mə’lumat verməyə çağırımışdır. 1990-cı illərin əvvəllərindən Qırmızı Xaç ailə vzlərindən topladığı mə’lumatlar əsasında Ermənistanda saxlandığı deyilən 2300 nəfər Azərbaycan vətəndaşının adını müəyyən etmişdir. Azərbaycan hökuməti bu rəqəmin 5000-ə yaxın olduğunu bildirir. İl ərzində 8 müharibə əsiri azad edilmişdir, dördü Azərbaycandan, dördü Ermənistandan.

XS
SM
MD
LG